RU

MEDİA İrana hücumlarla bağlı jurnalistlərə müraciət edib

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat axını müşahidə olunmaqdadır.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat Medianın İnkişafı Agentliyi tərəfindən yayılıb.

Dezinformasiya risklərinin yüksək olduğu vəziyyətdə bütün media subyektləri yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırılır: "Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
42
baku.ws

10Источники