RU

Kriştianu Ronaldu zədələndi

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu şənbə günü “Əl-Feyhi” ilə oyunda zədələnərək əvəzlənmək məcburiyyətində qalıb. 

Fanat.Az xəbər verir ki, “Al Nassr Zone” portuqaliyalı veteran ulduzun bud nahiyəsindən zədələndiyini bildirib. 

Hələlik klubundan futbolçunun son durumu ilə bağlı açıqlama verilməyib. Onun vəziyyətinə həkimlərin hərtərəfli müayinəsindən sonra aydınlıq gələcək. Sadə əzələ gərginliyi olarsa, bərpa üç-beş gün çəkəcəkdir. Ən pis ssenaridə - əzələ yırtığı aşkar edilərsə, oyunçu iki həftə və ya daha uzun müddətə kənarda qala bilər. 

Xatırladaq ki, sözügedən oyun Jorje Jesuşun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. 41 yaşlı forvard görüşdə qol vura bilməyib. O, 11-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. 

Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatınnın cari mövsümündə 22 matçda 21 qol vurub.

Избранный
7
fanat.az

1Источники