RU

Netanyahudan çağırış: "Həyatınızı zəhərləyən bu rejimi devirin!"

İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına fars dilində birbaşa video-müraciət ünvanlayıb.

Publika.az xəbər verir ki, İsrail mediasının yaydığı məlumata görə, hökumət rəhbəri İran vətəndaşlarını mövcud fürsətdən istifadə edərək hakimiyyəti devirməyə çağırıb.

Netanyahu müraciətində yaxın günlərdə İsrail ordusunun atacağı addımlar və İranın gələcəyi barədə mühüm mesajlar verib.

Netanyahu vətəndaşları bu tarixi fürsəti əldən verməməyə səsləyib: "Milyonlarla insan küçələrə çıxın, bu işi tamamlayın və həyatınızı zəhərləyən bu rejimi devirin. Arzuladığınız kömək artıq gəlib çatdı".

Избранный
12
5
publika.az

10Источники