RU

"Oqanımı da, kitabxanamı da bağışlayacam" - Etibar Əliyev

63 yaşım tamam oldu. Bəzi deputatlar ölümdən sonra orqanlarını bağışlamaq barədə vəsiyyət ediblər. Mən də onlara qoşuluram. Lakin bir şərtlə: Orqanlardan əvvəl universal kitabxanamı bağlı olduğum Universitetə bağışlayacam.

News365.az  xəbər verir ki, bunu özünün sosial səhifəsində sabiq millət vəkili Etibar Əliyev yazıb.

O əlavə edib ki, yəni kitablar məni bayıra atmamışdan əvvəl bunu edəcəm:

“Kitabxanamda avtoqrafı olan bir neçə tanınmış alimin kitabı var. Orqanlar nə zamansa sıradan çıxacaq. Avtoqraf isə nəsildən nəsilə keçərək yaşayacaq.

Hamınıza uzun ömür, can sağlığı arzulayıram. Düşüncəmə görə gənc nəsilə yetərincə bilik verə bilmədik. Günahkarıq…

Əslində zamanı boşuna xərclədiyimiz üçün buna imkan olmadı. Zaman bizim nəslin əleyhinə işlədi. Biz də zamanın əleyinə...

News365.az 

Избранный
58
news365.az

1Источники