İrandan 10-a yaxın Çin, 4 Polşa vətəndaşı, daha 4 nəfər Qətər vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə olunub.
Bizim.Media xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Hazirda Birləşmiş Ərəb Əmirliklərinin irandakı səfirliyinin 6 nəfər heyəti təxliyə edilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.
Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
Bizim.Media