
“Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yaradabiləcək məlumat axını müşahidə olunmaqdadır”.
AFN.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilir.
Qeyd olunub ki, dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq:
“Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik”.