RU

NASA Ay proqramında böyük dəyişiklik etdi

NASA rəhbərliyi “Artemis” Ay proqramını yenidən strukturlaşdırdığını açıqlayıb. Məlumata görə, ilkin planlaşdırılan “Artemis III” missiyası Ay enişi üçün deyil, Yer orbitində texnoloji və birləşmə testlərinə yönəldiləcək. 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni plana əsasən Ayda astronavt enişi 2028-ci ildə “Artemis IV” missiyası çərçivəsində həyata keçiriləcək.

Bu dəyişiklik texniki çətinliklər və təhlükəsizlik səbəbləri ilə izah olunur. NASA mütəxəssisləri bildirirlər ki, 2027-ci ildə Yer orbitində baş tutacaq “Artemis III” uçuşu gələcək Ay missiyaları üçün mühüm sınaq olacaq, kosmik gəminin birləşmə və digər texniki prosedurlarını yoxlayacaq.

NASA-nın sözçüsü qeyd edib ki, missiya ardıcıllığının dəyişdirilməsi Ay proqramının təhlükəsizliyini artırmaq və missiyaların uğur şansını maksimuma çatdırmaq üçün atılan strateji addımdır. Yeni planlaşdırmaya görə, 2028-ci ildə iki Ay enişi həyata keçiriləcək və bu da “Artemis” proqramının əsas məqsədlərindən biridir.

Избранный
2
1
azedu.az

2Источники