RU

500 Rusiya vətəndaşı İrandan Azərbaycana gəlmək üçün qeydiyyatdan keçib

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi bildirib ki, hazırda İrandan Azərbaycan vasitəsilə çıxmaq üçün siyahıda 500 Rusiya vətəndaşı qeydiyyatdadır.

Far.Az TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

"Rusiya səfirliyi İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə çıxan Rusiya vətəndaşlarına yardım göstərir. Hazırda Azərbaycan vasitəsilə çıxış üçün siyahıda artıq təxminən 500 həmvətənimiz var", - deyə səfirlikdən bildirilib.

Diplomatik nümayəndəlik həmçinin sərhədin keçilməsi üçün icazələrin operativ şəkildə verilməsi də daxil olmaqla göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.

Избранный
2
1
far.az

2Источники