İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, “Arsenal” öz meydanında “Çelsi” ilə qarşılaşıb.
Mikel Artetanın komandası görüşü 2:1 hesabı ilə öz xeyrinə başa vurub.
“Çelsi”nin heyətində Pedru Netu 70-ci dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.
“Arsenal” 64 xalla turnir cədvəlinə başçılıq edir. “Çelsi” 45 xalla 6-cı yeri tutur.
İngiltərə Premyer Liqası
28-ci tur
“Arsenal” – “Çelsi” 2:1
Qollar: Vilyam Saliba, 21, Yurrien Timber, 66 – Pyero İnkapye, 45+2-öz qapısına.