RU

İran dövlət televiziyası haker hücumuna məruz qaldı Ekranda Tramp və Netanyahu

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran Radio və Televiziya Qurumu (IRIB) nəzdində fəaliyyət göstərən Kanal 3-ün yayımı kibercumla dayandırılıb. Normal yayım axını kəsilərək efirə İran rəhbərliyinə qarşı mesajlar verilib.

Sherg.az xəbər verir ki, ekranda yayımlanan görüntülərdə “Bütün hökumət çöküş prosesindədir” və “İran xalqı öz gələcəyinə yalnız özü qərar verməlidir” kimi ifadələr yer alıb.

Yayımın kəsildiyi vaxt ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun İran xalqına müraciəti farsca altyazı ilə efirə verilib. Onlar çıxışlarında İran rəhbərliyini hədəf alaraq xalqı hərəkətə keçməyə çağırıblar.

Netanyahu çıxışında “Minlərlə hədəfi vurduq. İran xalqının azad olması üçün şərait yaradacağıq. Bu fürsəti qaçırmayın” ifadələrini işlədib.

Hadisə ilə bağlı İran rəsmiləri hələlik rəsmi açıqlama verməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
12
sherg.az

10Источники