RU

Avropa üçlüyü  ölkələri İrana görə birgə bəyanat yayıb

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Almaniya, Fransa və Böyük Britaniyadan ibarət Avropa "üçlüyü" ölkələri ABŞ və İsraillə İran arasında davam edən toqquşmalarla bağlı birgə yazılı açıqlama yayıb.

Sherg.az xəbər verir ki, bəyanatda İranın raket hücumları pislənərək, regiondakı maraqların və müttəfiqlərin təhlükəsizliyinin qorunması üçün addımlar atılacağı bildirilib.

Açıqlamada qeyd olunub ki, bu addımlar İranın raket və pilotsuz uçuş aparatlarını buraxma imkanlarının zərərsizləşdirilməsi üçün “zəruri və proporsional müdafiə tədbirlərini” də əhatə edə bilər. E3 ölkələri bu məsələdə ABŞ və regiondakı müttəfiqlərlə koordinasiyalı fəaliyyət göstərəcəklərini vurğulayıb.

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-nin İranın raket anbarlarını vurmaq üçün Britaniya bazalarından istifadə ilə bağlı müraciətini qəbul etdiklərini açıqlayıb. O bildirib ki, ölkəsi hücum əməliyyatlarında iştirak etməyəcək, lakin müdafiə tədbirlərini davam etdirəcək.

Almaniya Kansleri Fridrix Merts isə İranla bağlı hərbi müdaxilə yolu ilə siyasi dəyişiklik planının riskli olduğunu deyib və regionda gərginliyin artmasının Avropa üçün də nəticələr doğura biləcəyini qeyd edib.

Fransa mətbuatında isə “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin Baltik dənizindən Aralıq dənizinə göndəriləcəyi iddia olunub.

Qeyd edək ki, 28 fevralda İsrail və ABŞ İrana hərbi hücumlara başlayıb. İran isə regiondakı bəzi hədəflərə zərbələrlə cavab verib. Hücumlar nəticəsində yüzlərlə insanın öldüyü və yaralandığı bildirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
40
sherg.az

1Источники