RU

Kilosu 5 manata satılır Cavan saxlayır, qocalmağa qoymur

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cavan qalmaq və sağlamlığı qorumaq üçün ən əlçatan vasitələrdən biri kabak hesab olunur. Rusiyalı nutrisiloq Olqa Yablokova bu tərəvəzin damarlar və dəri üçün faydalarını açıqlayıb.Demokrat.az xəbər verir ki, ekspert həm adi kabak, həm də sukini növünün rasiona daxil edilməsini vacib sayır."Kabak hər növ pəhrizə uyğun gəlir. Tərkibindəki liflər mədə-bağırsaq sisteminin işini yaxşılaşdırır və digər tərəvəzlərdən fərqli olaraq köp yaratmır. Bu tərəvəz manqan elementi ilə zəngindir. Manqan isə arterial təzyiqi normallaşdırmaq və insulin müqavimətinə nəzarət etmək üçün mühüm rol oynayır".Nutrisiloqun sözlərinə görə manqan həmçinin bədəndə kollagen sintezini sürətləndirir:"Bu funksiya dərinin gəncliyi, sümüklərin və oynaqların möhkəmliyi üçün əvəzedilməzdir. Orqanizmdə manqan çatışmadıqda kollagen sintezi zəifləyir. Nəticədə sümüklər kövrəkləşir və dərinin elastikliyi azalır".Kabak tərkibindəki C, A və K vitaminləri ilə yanaşı kalium və antioksidantlarla da zəngindir. Lutein və zeaksantin kimi maddələr ürək-damar sistemini qoruyur. Eyni zamanda qanda "pis" xolesterinin səviyyəsini aşağı salmağa kömək edir."Beləliklə bu sadə tərəvəz həm arıqlamaq, həm də sağlamlığı uzun müddət qorumaq üçün ideal seçimdir", - ekspert fikrini yekunlaşdırıb.Aytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
95
demokrat.az

1Источники