ain.az bildirir, Axar.az portalına istinadən.
İndi ABŞ-ın Ukrayna və İranda iki müharibəni birdən bitirmək imkanı var, bu nizamlanmanın açarı Vaşinqtonla Pekin arasında razılaşmadadır.
Axar.az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy Feysbuk səhifəsində yazıb.
"ABŞ Çini əmin edir ki, Ukraynada cəbhə xəttində dayanması üçün Pekinin Kremlə təzyiq etməsi müqabilində İranda əməliyyatı davam etdirməyəcək", - o bildirib.
Diplomatın fikrincə, müttəfiqi ayətullah rejiminə hücum qarşısında çox zəif və gücsüz görünən Kreml seçim etməlidir:
"Və bu seçimdir. Avropa Birliyi açıq şəkildə bunu qəbul edib dəstəkləməyə məcbur olacaq və İsraillə danışıqlar aparacaq".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.