RU

Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs saxlanılıb YENİLƏNİB

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qurumun əməkdaşının sözlərinə görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ç. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N. Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

03:12Goranboyda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C. Hüseynov qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, C. Hüseynov qayını tərəfindən bıçaqlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı əraziyə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
9
apa.az

10Источники