RU

Həm açıq cavab verdi, həm “Turan”a eyham vurdu - Gündəm olan VİDEO

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XXI turunda “İmişli”yə qarşı oyunda (0:0) Quba Olimpiya Kompleksinin stadionunun qapı problemi barədə açıqlamasının gündəm yaratmasından danışıb.

O, “çərçivə”nin 11 sm hündür olması barədə danışığının Peşəkar Futbol Liqasına (PFL) görə etik olmamamasına reaksiya verib.

Mütəxəssis bu mövzuda danışarkən, keçmiş klubu “Turan Tovuz”u yaddan çıxarmayıb, onların “Qəbələ” ilə yarımçıq qalan matçın ertəsi gün keçirilməsinə qarşı çıxmasına, təşkilatçı quumun isə buna göz yummasına a eyham vurub:

“Çox təəssüflənirəm ki, Peşəkar Futbol Liqası mənə cavab verdi. Çünki məndən əvvəl Premyer Liqada İmişli stadionunda oynayan bütün məşqçilər etiraz etmişdi.

Məndən sərt danışmışdılar. Hətta “bu meydançanı niyə qəbul ediblər, “burada futbol oynamazlar” kimi ifadələr işlədilmişdi.

Təəssüf ki, onlara reaksiya gəlmədi. Mənim açıqlamama “etik deyil” bildiriblər. Neçə gündür, etikanı harada pozmuşam, onu axtarıram və tapa bilmirəm.

Çox təəəssüflənirəm ki, buna belə reaksiya verdilər. Xahiş edirəm ki, fikrimi geniş verəsiz.

Çünki ötən oyunda da sual başqa cür idi. Sanki hakimlikdən sual verilmişdi, amma belə deyildi.

“İmişli” ilə həmin oyunda top iki dəfə qapı dirəyinə dəydi. Biz qapıçı ilə söhbət edirdik, o dedi, mən topu normal hiss edirdim.

Tullandı, amma top dirəyə dəydi. Onu 12 sm torpaq töküb aradan qaldırırlarsa biz hara gedirik.

Başqa bir məqamı da deyim. Mən futbolçularımı da düşünürəm. Baxın, Bəhlul Mustafazadənin zədəsi Quba stadionundan başladı.

Bəhlul millinin üzvüdür və 6 ay futbol oynamayacaq. Biz hər şeyə fikir bildirməliyik. Çox şeydən danışa bilərəm və yetərincə arqumentlərim var.

Meydançamızı təmizləməyi bizə minnət edirlər. Nə vaxt PFL gəlib bizə meydança təmizləyib?! Bilirəm, qarda da oynamışıq.

Bizə deyiblər, bu gün oynamasaq, reqlamentə uyğun olaraq sabah oynamalısız. Biz burada deməmişik ki, başqaları sabah oynamadı.

Ona görə, belə şeylərə cavab verməsinlər. Biz demişik ki, bugünə kimk orada neçə oyun olub. Dərd ondadır ki, orada oynayan bütün komandalar qapıya etiraz ediblər.

Bu, bilinirdi. Biz burada günahkar axtarmırıq, deyirik, düzəldək. İstəyirik ki, gələn çempionat daha maraqlı olsun.

Bəli, mən öz komandama da deyirəm ki, canlanma olmalıdır, imkan olsa, meydança da dəyişilməlidir.

Eyni şeyi “Turan Tovuz”da işləyəndə də deyirdim. Yavaş-yavaş inkişaf etməliyik, amma geri gedirik. Və biz buna don geyindiririk.

Burada heç bir etikadan kənar şey yoxdur və heç kimə də söz demirik. Nə vaxt sözümüz var, həmişə açığıq və heç kimdən çəkinmirik.

Kimlərinsə problemi varsa, ümumiyyətlə, biz qarışmırıq. PFL-dən xahiş edirəm, deyiblər, çıxsınlar indi cavab versinlər ki, mən etikanı harada pozmuşam.

Məndən qabaq sərt danışan məşqçilərin də açıqlamasına cavab verərdilər, niyə vermədilər?!”.

Ayxan Abbasov Misli Premyer Liqasının 21-ci turunda “İmişli” ilə 0:0 bitən matçdan sonra Quba Olimpiya Kompleksinin stadionu barədə səsləndirdiyi fikirlərlə gündəmə gəlmişdi.

Bildirmişdi ki, arenanın qapıları normadan 11 sm hündürdür. O, müdaxiləsindən sonra bunun aradan qaldırıldığını sözlərinə əlavə etmişdi.

Bunun ardınca Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib. PFL rəsmisi qeyd edib ki, bunun mətbaut konfransında danışılmasını etik saymırlar:

“Ümumiyyətlə, bu tip halların klublar tərəfindən AFFA nümayəndəsinə bildirilməsində qəbahət bir şey yoxdur.

Məsələn, oyunöncəsi iclasda iştirak edən rəqib komandanın nümayəndəsi isti suda problem yaşandığını bildirməsə, AFFA nümayəndəsi onu necə bilə bilər.

Və ya təcili tibbi yardım, elektron tablo və s. problemlər barədə klubların nümayəndəni məlumatlandırması və problemin aradan qaldırılması standart bir prosedurdur.

Məsələn, fevralın 5-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Şamaxıda baş tutmalı olan matç öncəsi güclü qar yağışı başlamışdı. Qarın təmizlənməsi yalnız klubun ümidinə qalsaydı, oyun baş tutmayacaqdı.

Ancaq bu barədə klubdan məlumat veriləndən sonra AFFA və PFL-in birlikdə səyləri ilə ora sırf bu işlər üçün nəzərdə tutulmuş qartəmizləyən maşın göndərildi, oyunun vaxtında 20 dəqiqəlik gecikmə imkanı yaradıldı və s.

Nəticə də oyun keçirildi. İndi Qubada belə bir halın yaşanması təbii ki, çatışmazlıqdır və çatışmazlığın aradan qaldırıması da normal haldır.

Amma bunun mətbuat konfransında səsləndirilməsini etik saymırıq”.

SPORTİNFO.AZ

https://www.youtube.com/shorts/5z8FQDYX-fs

Избранный
44
sportinfo.az

1Источники