RU

“AzerGold” QSC Daşkəsəndə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirib (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş “Dayanıqlı vəsabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusundamaarifləndirici tədbir keçirilib.

Mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında vəkeyfiyyətlə icra edilməsi, eləcə də bu sahədə risklərin azaldılmasıməqsədilə təşkil edilən tədbir interaktiv formatda, nəzəri vəpraktiki hissələrdən ibarət olub.

Tədbir ilk hissəsində əvvəlcə Daşkəsən Rayon İcra Hakimiyyəti,Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi, AzərbaycanQızıl Aypara Cəmiyyətinin Daşkəsən rayon bölməsinin nümayəndələri,eləcə də Daşkəsən rayon kənd nümayəndələrinin iştirakı ilə görüşkeçirilib.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü –sədrin müavini, İlqar Cəlilov mülki müdafiə sahəsində əməkdaşlarınməlumatlılığının artırılması, fövqəladə vəziyyətlərə hazırlığınındavamlı olaraq yoxlanılması və daha da yaxşılaşdırılması məqsədiləsistemli şəkildə icra edilən tədbirlər barədə ətraflı məlumatverib.

Sədr müavini qeyd edib ki, Səhmdar Cəmiyyət istehsalat prosesizamanı əməyin təhlükəsizliyinin təmin edilməsi və insan amilinindaima ön planda tutulmasını fəaliyyətinin başlıca prinsipi kimimüəyyən edib. Yanğın, sürüşmə, sel və digər fövqəladə hallara qarşıpreventiv tədbirlər çərçivəsində mütəmadi təlim-məşqlər keçirilir,əməkdaşların davamlı maarifləndirilməsi təmin olunur.

Müzakirə formatında davam edən görüşdən sonra işçi heyətintəhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan mülkimüdafiə, yanğından mühafizə və digər texniki təhlükəsizlikvasitələri nümayiş etdirilib. Həyəcan siqnalından sonra simulyasiyaformasında buruqqazma və partlayış işləri nəticəsində yarananzəhərli qazlardan “zəhərlənmə”, eləcə də “uçqun və sürüşmə halları”zamanı ilkin tibbi yardım göstərilməsi praktiki məşqlərikeçirilib.

Tədbirdə iştirak edən müvafiq qurum və təşkilatlarınnümayəndələri “AzerGold” QSC tərəfindən mülki müdafiə sahəsindəgörülən işləri yüksək qiymətləndiriblər.

“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
Избранный
10
12
az.trend.az

10Источники