RU

ABŞ görüntüləri yayımladı: İranın hərbi təyyarələri belə vuruldu - FOTO

ABŞ
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın hərbi infrastrukturuna, o cümlədən döyüş təyyarələri, pilotsuz uçuş aparatları (PUA) və ballistik raket qurğularına qarşı həyata keçirilən genişmiqyaslı hava əməliyyatlarının video görüntülərini yayımlayıb. 1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, CENTCOM rəsmi sosial media hesabları vasitəsilə İran rejiminin hərbi potensialını hədəf alan əməliyyatlarla bağlı ictimaiyyətə yeni məlumatlar təqdim edib. Paylaşılan görüntülərdə İranın hava qüvvələrinə məxsus qırıcıların və hücum PUA-larının sığınacaqlarda və uçuş-enmə zolaqlarında məhv edilməsi anları əks olunub.
CENTCOM-dan verilən rəsmi bəyanatda vurğulanıb ki, bu addımlar regionda təhlükəsizliyi təmin etmək məqsədi daşıyır: "ABŞ silahlı qüvvələri İran rejiminin yaratdığı birbaşa və yaxınlaşan təhdidləri tamamilə aradan qaldırmaq üçün cəsarətli və qətiyyətli addımlar atır. Hazırda bu istiqamətdə hava zərbələri və əməliyyatlar aktiv şəkildə davam etməkdədir".

Ballistik raket kompleksləri hədəf mərkəzində

Əməliyyatların əsas prioriteti İranın ballistik raket infrastrukturunun sıradan çıxarılmasıdır. CENTCOM tərəfindən yayımlanan digər görüntülərdə İranın strateji raket rampalarının və buraxılış qurğularının dəqiqliklə vurulduğu müşahidə edilir. Siyah-beyaz videoyazılarla təqdim edilən bu görüntülər, raket sistemlərinin imha edilmə anını anbaan nümayiş etdirir. Komandanlıq qeyd edir ki, İranın ballistik raket texnologiyasından qeyri-məsuliyyətli istifadəsi onilliklərdir ki, regionda qeyri-sabitlik yaradır: "İran rejiminin ballistik raketləri pervasızcasına yayması və onlardan təhdid vasitəsi kimi istifadə etməsi həm ABŞ, həm də strateji müttəfiqlərimiz üçün illərdir təhlükə törədirdi".

Donald Trampın birbaşa göstərişi

Məlumatda xüsusi olaraq qeyd edilir ki, bu hərbi əməliyyatlar ABŞ Prezidenti Donald Trampın birbaşa təlimatı ilə həyata keçirilir. CENTCOM-un bəyanatında bu barədə deyilir: "İndi, Prezident Donald Trampın talimatı ilə ABŞ qüvvələri bu qlobal və regional təhdidi kökündən ortadan qaldırmaq üçün hərəkətə keçib".

Ekspertlər bu hücumların İranın hərbi gücünə ciddi zərbə vurduğunu və bölgədəki hərbi balansın dəyişə biləcəyini qeyd edirlər. Hazırda əməliyyatın nəticələri və növbəti mərhələləri ilə bağlı rəsmi Vaşinqtondan əlavə açıqlamalar gözlənilir.

Избранный
16
1news.az

1Источники