Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs tutulub.
"Cebheinfo.az" xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qurumun əməkdaşının sözlərinə görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində C. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N. Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"