RU

Pakistan Mühəndislik və Tətbiqi Elmlər İnstitutunda qadınlar üçün təqaüd proqramı elan edildi

BAKI,VOA

Pakistan Mühəndislik və Tətbiqi Elmlər İnstitutu 2026–2027-ci tədris ili üzrə xarici qadın tələbələr üçün təqaüd proqramı elan edib.

VOA xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, proqram Pakistan Mühəndislik və Tətbiqi Elmlər İnstitutu tərəfindən həyata keçirilir və magistratura, eləcə də doktorantura səviyyələrini əhatə edir.

Məlumata əsasən, namizədlərə nüvə mühəndisliyi, tibb, fizika, nüvə təbabəti, radiasiya elmləri, tibbi onkologiya və radiasiya fizikası ixtisasları üzrə təhsil almaq imkanı yaradılır. Təqaüd proqramı beynəlxalq akademik mühitdə elmi fəaliyyət göstərmək və qeyd olunan sahələr üzrə ixtisaslaşmaq istəyən qadın tədqiqatçılar üçün nəzərdə tutulub.

Proqrama müraciət üçün son tarix 30 aprel 2026-cı il müəyyən edilib. Təqaüd proqramının şərtləri, qəbul tələbləri və sənədləşmə proseduru ilə bağlı ətraflı məlumat rəsmi elan vasitəsilə təqdim olunur.

Избранный
3
6
turkic.world

7Источники