RU

“Hərə öz mədəniyyətini göstərir” – Musa Qurbanlı

“Maraqlı və gərgin oyun keçdi. Qələbə qazanmaq bizim üçün çox vacib idi. Amma elə oldu ki, 3 top geriyə düşdük. Ən azından xarakter göstərərək, məğlub olmadıq. Belə oyunlar nə qədər çox olsa, çempionatımız bir o qədər maraqlı keçər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı “Sabah” oyunu sonrası deyib. 

“Rəqib məşqçinin qeyri-etik hərəkəti ilə bağlı nəsə deməyim düzgün olmaz. Hərə öz mədəniyyətini göstərir. Belə halların yaşanması xoş deyil. Meydanda aranın qarışması bizim 4-cü qolu vurmağımıza mane oldu. Temp düşməsəydi, bəlkə qələbə qolunu vurmuşduq. Lakin bu cür gərgin oyunda belə halların yaşanması normaldır. İstər-istəməz texniki heyətdən tutmuş futbolçulara kimi heç kim emosiyalarına hakim ola bilmir. Hətta belə olaylar matça bir qədər də maraq qatır. Eyni zamanda azarkeşlərimizə təşəkkür edirəm. Belə atmosferdə oynamaq möhtəşəmdir. Kaş bütün oyunlarda belə azarkeşlər görərdik”.

Oyundakı son qolun müəllifi olan 23 yaşlı hücumçu çempionluq mübarizəsinin davam etdiyini də vurğulayıb:

“Qarşıda oyunlarımız çoxdur. Çalışacağıq ki, bütün qarşılaşmalarda qələbə qazanıb maksimum nəticə əldə edək. Hələ heç nə bitməyib. Kifayət qədər şansımız var. Son oyuna qədər çempionluq uğrunda vuruşacağıq”.

 

Избранный
3
idmanxeber.az

1Источники