RU

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə

Həcc ziyarəti üzrə kvotanın 80 faizdən çoxu tamamlanıb.

Publika.az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çox sayda müraciətini nəzərə alaraq builki həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılıb.

Vüsal Cahangiri bildirib ki, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq.

Избранный
61
8
publika.az

10Источники