İran tərəfinin rəsmi bəyanatına görə, 10-cu dalğa hücumlarının əsas hədəfləri aşağıdakılardır:
Tel-Əviv: İsrailin mərkəzi hökumət kompleksinə qarşı nöqtə zərbələri;
Heyfa: Şəhərdəki strateji hərbi və təhlükəsizlik obyektləri;
Şərqi Qüds: Müəyyən edilmiş hərbi hədəflərin vurulması.
SEPAH rəsmiləri bu əməliyyatın İsrailin hərbi və idarəetmə infrastrukturunu tamamilə iflic etmək məqsədi daşıdığını vurğulayıblar. Eyni zamanda, Tel-Əviv və Heyfada hava həyəcanı siqnallarının fasiləsiz çaldığı, HHM sistemlərinin kütləvi raket axınını dəf etməyə çalışdığı gələn xəbərlər arasındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31