RU

Türkiyənin vitse-prezidenti iqtisadi sabitliyin qorunması tədbirlərindən danışıb

Ankara, 2 mart, AZƏRTAC

Türkiyənin dövlət qurumları regiondakı geosiyasi inkişafların nəticələrinin qarşısını almaq üçün bütün zəruri qabaqlayıcı tədbirləri görüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz martın 2-də bildirib.

Siyasətçinin sosial media paylaşımında Türkiyənin güclü makroiqtisadi göstəriciləri vurğulanıb. “İqtisadiyyatımız xarici böhranlara qarşı dayanıqlılığını dəfələrlə sübut edib”, - deyə Yılmaz bildirib. O qeyd edib ki, Ankara regionda hadisələrini inkişafını yaxından izləməyə davam edir.

Bu arada, İstanbul Fond Birjası günə BIST-100 indeksində kəskin azalma ilə (5,3%) başlayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
52
2
azertag.az

3Источники