RU

Böyük Britaniya quru sərhədi vasitəsilə İrandan Azərbaycana keçmək istəyən ölkə vətəndaşları üçün tövsiyələr yayıb

Bakı. Trend:

Böyük Britaniya hökuməti İranla quru sərhədi vasitəsiləAzərbaycana daxil olmaq istəyən ölkə vətəndaşları üçün tövsiyələrdərc edib.

Trend-in BöyükBritaniya hökumətinə istinadən verdiyi məlumata görə, açıqlamadaqeyd olunur ki, Azərbaycan ilə İran arasındakı sərhəd bağlı olaraqqalır. Bununla belə, Böyük Britaniya vətəndaşları Azərbaycanhökumətinin xüsusi icazəsi olduğu halda Astara sərhəd-keçidməntəqəsi vasitəsilə sərhədi keçə bilərlər.

Bu icazə Bakıda yerləşən Böyük Britaniya səfirliyinin dəstəyiilə rəsmiləşdirilməlidir.

Bildirilir ki, Astaradakı sərhəd-keçid məntəqəsinə yoladüşməzdən əvvəl Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişafNazirliyi (FCDO) ilə əlaqə saxlanılması tövsiyə olunur. Müraciətzamanı ərizəçinin İranda olub-olmaması və ya Böyük Britaniyadanhansısa qohumunun adından müraciət edib-etmədiyigöstərilməlidir.

“Böyük Britaniya vətəndaşları şəxsi məlumatlarını (ad, doğumtarixi, pasport məlumatları) təqdim etməlidirlər. Böyük Britaniyasəfirliyi Azərbaycan hakimiyyət orqanlarından təsdiq və xüsusi kodtəqdim edəcək. Rəsmiləşdirmə prosesi təxminən 48 saat çəkəcək.Sərhədi keçməzdən əvvəl həmin kod təqdim olunmalıdır. Həmçinin vizanormal qaydada rəsmiləşdirilməlidir”, – deyə bəyanatdabildirilir.

Məqalədə:
Избранный
8
az.trend.az

1Источники