"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.
B.Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.
Valdas Dambrauskas: "Qarabağ"ın təcrübəsi öz sözünü dedi“
“Qarabağ”ın müdafiəçisi ƏMƏLİYYAT OLUNDU
Tofiq Bəhramovda 6 qollu sülh - YENİLƏNİB
Kurban Berdıyev: “Bu gün iki xal itirdik"
Jorj Kaşkilya: “Heç-heçə bizim üçün pozitiv nəticədir"