RU

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

İnnovasiya lideri Bakcell müştəri xidmətlərində proseslərin daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi məqsədilə “SİMA” texnologiyası əsasında biometrik verifikasiya həllini tətbiq edib.

Yeniliyə əsasən, rəsmi satış nöqtələrində həyata keçirilən nömrə və cihaz satışı, nömrənin addan ada keçirilməsi, eləcə də nömrənin dublikatı xidmətinə dair əməliyyatlar zamanı müştərilərin identifikasiyası “SİMA” tərəfindən təqdim edilən üz tanıma texnologiyası əsasında icra olunur.

“SİMA” üzərindən tətbiq edilən biometrik verifikasiya təhlükəsizlik səviyyəsinin daha da gücləndirilməsinə xidmət edir və proseslərin icrasını sadələşdirir.
 

Eyni zamanda, kağızsız sənəd dövriyyəsi sayəsində xidmət müddəti əhəmiyyətli dərəcədə qısalır və müştəri təcrübəsi optimallaşdırılır.


Bakcell müştəri xidmətlərində rəqəmsal həllərin tətbiqini mərhələli şəkildə genişləndirməyi planlaşdırır.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Bizim.Media

Избранный
20
31
bizim.media

10Источники