RU

Az qala ürəyim dayanacaqdı Mikel Arteta

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasının (İPL) 28-ci turunda "Çelsi"ni öz meydanında 2:1 hesabı ilə məğlub edən "Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının qapıçısı David Rayyadan danışıb.

Fanat.Az xəbər verir ki, ispan mütəxəssisin sözlərini "Daily Mail" belə çatdırıb:

"Raya konsentrasiyanı qoruyan və oyunun taleyini həll etməyi bacaran qapıçıdır. Çünki o bəzən meydanda gözə dəymir və ən önəmli anda hazır olduğunu isbatlayır. Bunu etmək çox çətindir, çox. 

Son epizoddakı seyvi... Bu zərbə deyildi, atəş idi. David inanılmaz qurtarışla diqqət çəkdi. Doğru rakurs seçmişdim. Az qala ürəyim dayanacaqdı. Amma Rayya bizi vəziyyətdən çıxardı".

Qeyd edək ki, hazırda 64 xalı olan "Arsenal" İPL-in turnir cədvəlində 1-ci pillədə mövqe tutub.

Toğrul

 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
89
1
fanat.az

2Источники