Almaniyanın "Borussiya" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, komandanın kapitanı Emre Can sıradan çıxıb.
Almaniya millisinin sabiq üzvü Bundesliqanın 24-cü turunun "Bavariya" ilə oyununda (2:3) zədələnib. Sol dizinin çarpaz bağları qopan 30 yaşlı yarımmüdafiəçi mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Borussiya" Emre Canı 2020-ci ilin yayında "Yuventus"dan 25 milyon avroya transfer edib. Təcrübəli futbolçu bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi