İsrail Müdafiə Qüvvələri (IDF) İranın Kəşfiyyat Nazirliyinə hücumda ölən şəxslərin adlarını açıqlayıb.
Aznews.az xəbər verir ki, bu barədə IDF-in sosial şəbəkə hesabında məlumat verilib.
Məlumatda deyilir ki, kəşfiyyat nazirinin İsrail üzrə müavini Seyyid Yəhya Həmidi, casusluq diviziyasının rəhbəri Cəlal Purhüseyn və onların yanında olan digər kəşfiyyat rəsmiləri öldürülüb.