RU

Hava məkanı bağlandı, qiymətlər uçdu: bir yer 20 min avro

Yaxın Şərqdə hərbi əməliyyatlar minlərlə rusiyalı turisti region ölkələrində faktiki olaraq çıxılmaz vəziyyətdə qoyub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Oman hava limanından Rusiyaya xüsusi reyslə uçuş üçün bir yerin qiyməti 20 min avro təşkil edir. Martın 2-də rusiyalı sərnişinləri Tu-204 təyyarəsi ilə daşımağa hazır olduqları bildirilir.

Sözügedən təyyarə “Roskosmos”un tərkibinə daxil olan Kosmonavtların Hazırlıq Mərkəzinə (KHM) məxsusdur və xidməti tapşırıqlarda istifadə olunmadığı dövrlərdə kommersiya çarterləri üçün icarəyə verilir. Təyyarədə təxminən 90 oturacaq var və onların böyük hissəsinin artıq satıldığı qeyd olunur. Tam doluluq halında potensial gəlirin 1,9 milyon avroya yaxınlaşa biləcəyi bildirilir.

KHM isə açıqlamasında qeyd edib ki, bort bazar qiyməti ilə icarəyə verilir, sərnişin yerlərinin qiymətini isə reysin sifarişçisi müəyyən edir.

ABŞ və İsrailin İranla müharibəsi regionda uçuş cədvəllərində ciddi dəyişikliklərə səbəb olub. BƏƏ, Səudiyyə Ərəbistanı və Qətər hava məkanını müvəqqəti bağlayıb. Dubay, Əbu-Dabi və Şarcə daxil olmaqla Yaxın Şərqin yeddi iri hava limanında 3400 müntəzəm reys ləğv edilib.

Hazırda Əbu-Dabi hava limanı yenidən açılıb və Etihad Airways-in bəzi reyslərinə, o cümlədən Moskva istiqamətinə qeydiyyat bərpa olunub. Lakin bu reyslərin yalnız bir hissə turisti geri qaytara biləcəyi bildirilir.

Musavat.com

Избранный
22
musavat.com

1Источники