RU

İsrail hava qüvvələri Tehranda yeni genişmiqyaslı hava əməliyyatına başlayıb

Bakı. Trend:

İranın İsrailin Qüds və digər şəhərlərinə endirdiyi ballistikraketlərdən sonra İsrail Hava Qüvvələri Tehranda yeni genişmiqyaslıhava əməliyyatlarına başlayıb.

Trend “Times ofIsrael”ə istinadən xəbər verir ki, bu barədə İsrail MüdafiəQüvvələri (IDF) elan edib.

Yeni aviareydlər dalğasında İran hakimiyyətinə aid hədəflərəzərbələrin endirildiyi bildirilir.

Qeyd edək ki, İsrail KİV-ə görə, İranın atdığı ballistikraketlərdən biri İsrailin Berşeba şəhərində biri ağır olmaqla ikinəfərin yaralanmasına səbəb olub.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Избранный
21
7
az.trend.az

10Источники