Bölgədə davam edən hərbi gərginlik fonunda ABŞ-yə məxsus daha bir "MQ-9 Reaper" pilotsuz uçuş aparatının vurulduğu bildirilir.
Far.Az xəbər verir ki, İran hərbçiləri stasionar hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılmasından sonra daşınan zenit-raket komplekslərindən (PZRK) daha fəal istifadə etməyə başlayıblar.
Bildirilir ki, məhz bu mobil sistemlər vasitəsilə azı 20 ədəd İsrail istehsalı "Hermes" tipli PUA və iki ədəd ABŞ-yə məxsus "MQ-9 Reaper" zərərsizləşdirilib.
"MQ-9 Reaper" ABŞ istehsalı uzunmənzilli zərbə və kəşfiyyat pilotsuz aparatı hesab olunur və müxtəlif əməliyyatlarda geniş istifadə edilir. İsrailin "Elbit Systems" şirkəti tərəfindən istehsal olunan "Hermes" PUA-ları da regionda aktiv tətbiq edilir.