RU

Son iki ayda atalıq məzuniyyətinə çıxanların sayı açıqlanıb - Rəsmi

Bakı. Trend:

2026-cı il ərzində atalıq məzuniyyəti ilə bağlı ödəniş alanşəxslərin sayı açıqlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AzərbaycanRespublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaDövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilir ki, əmək münasibətləri ilə bağlı qanunvericilikdəedilmiş və hazırda qüvvədə olan yeni dəyişikliklərdən biri dəuşağının doğulması ilə əlaqədar kişilərə doğuşdan əvvəl və doğuşdansonrakı dövrləri əhatə edən 14 təqvim günü ödənişli məzuniyyətinverilməsidir:

"Bununla əlaqədar yanvar ayında Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS)işəgötürən tərəfindən işçiyə qeyd edilən məzuniyyətin verilməsinədair əmrin rəsmiləşdirilməsi üçün yeni funksionallıq yaradılıb.

Yanvar-fevral ayları ərzində ƏMAS üzərində 59 işəgötürəntərəfindən 88 işçiyə uşağının doğulması ilə bağlı ödənişliməzuniyyət verilməsinə dair əmr rəsmiləşdirilib", - məlumatda qeydedilib.

Xəbər yenilənəcək

Избранный
30
1
az.trend.az

2Источники