RU

Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-dəRusiya Federasiyası Hökuməti Sədrinin müavini, HökumətlərarasıKomissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.

Trend xəbər verir ki, görüşəsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonundaRusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsindəoperativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünübildirib.

Azərbaycan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflıfikir mübadiləsi aparılıb.

Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldəetdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yarananproblemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlaratacaqlar.

Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalıiqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistikaəməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsinə dair ortaqniyyətə diqqət yetirilib.

Görüşdə regionda nəqliyyat əlaqələrinin inkişafı perspektivlərimüzakirə edilib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrəişləri davam etdirmək üçün ortaq niyyət təsdiqlənib.

Söhbət əsnasında bir sıra humanitar məsələlər də müzakirəedilib.

Görüş Azərbaycan-Rusiya dövlətlərarası dialoquna xas olanənənəvi dostluq və konstruktiv şəraitdə keçib.

Xəbər yenilənəcək

Избранный
43
50
az.trend.az

10Источники