RU

Türkiyə martın 6-na qədər uçuşlara qadağa qoydu



“İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt, İordaniya və Suriyanın cənub hissəsində hava məkanının bağlanması ilə bağlı uçuşların həyata keçirilməsinə qoyulan qadağa davam edir. Lakin Oman, Səudiyyə Ərəbistanının bəzi yerlərində və Livanda uçuşlar həyata keçirilir”.

Newscenter.az xəbər verir ki, bunları Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu deyib. Nazir Tehran İmam Xomeyni Beynəlxalq Hava Limanında bir Türk Hava Yolları təyyarəsinin gözlədiyini deyib.

Uraloğlu eyni hava limanında Pegasus Hava Yollarına məxsus təyyarənin də olduğunu qeyd edərək, AJet-in İran, Suriya, İraq və ya digər məhdud ərazilərdə heç bir təyyarəsinin gözləmədiyini bildirib.

“Regionda davam edən risklər səbəbindən Türk Hava Yolları (THY), AJet, Pegasus və SunExpress şirkətlərinin İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşları 6 mart 2026-cı il tarixinə qədər ləğv edilib. Bundan əlavə, Pegasus Hava Yolları 12 mart tarixinə qədər İrana uçuşlar həyata keçirməyəcək. Qətər, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan bütün uçuşlar da 3 mart 2026-cı il tarixinə qədər ləğv edilib”,-deyə nazir vurğulayıb.

Süleyman
Избранный
16
1
newscenter.az

2Источники