RU

İran pilotsuz aparatı Oman sahillərində neft tankerinə hücum etdi – VİDEO

Oman sahilləri yaxınlığında neft tankerinə pilotsuz uçuş aparatı ilə hücum edildiyi bildirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Oman Dəniz Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində gəmi heyətinin bir üzvü həlak olub.

Hadisənin İran pilotsuz aparatı tərəfindən həyata keçirildiyi iddia olunur. Hücumun detalları və tankerin vəziyyəti ilə bağlı əlavə məlumatlar hələlik açıqlanmayıb.

Qeyd edək ki, İran daha əvvəl Hörmüz boğazının blokadaya alındığını elan etmişdi. Bölgədə dəniz təhlükəsizliyi ilə bağlı narahatlıq artmaqdadır.

Sara

NOCOMMENT.az 

Избранный
25
nocomment.az

1Источники