RU

Texas mətbuatında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-nin Texas Dövlət Xəbərləri (Texas State News.Net) saytında Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar məqalə dərc olunub. Məqalənin müəllifi Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) rəhbəri Samir Novruzovdur.

XQ xəbər verir ki, məqalədə 20-ci əsrin ən faciəli və ağrılı hadisələrindən biri olan Xocalı qətliamından geniş bəhs edilib. Qeyd olunub ki, 1992-ci il fevralın 26-da Xocalı şəhərində yüzlərlə dinc sakin xüsusi qəddarlıqla öldürülüb, kütləvi zorakılığa məruz qalıb. Xocalı sakinlərinin son dərəcə həssas və müdafiəsiz vəziyyətdə olduğu diqqətə çatdırılıb. Xocalıda törədilən hadisələr bəşəriyyət tarixinin ən amansız cinayətlərindən olduğu bildirilib.

Ermənistan silahlı qüvvələrinin Xocalıdakı əməllərinin mülki şəxslərin müdafiəsi prinsiplərinə əsaslanan Cenevrə Konvensiyaları kimi beynəlxalq sənədlərlə ziddiyyət təşkil etdiyi vurğulanıb. Siyasi aktorların və beynəlxalq ictimaiyyətin vaxtında və sülh yolu ilə həll mexanizmləri tapa bilməməsinin soydaşlarımıza qarşı zorakılıqlara zəmin yaratdığı qeyd olunub.

Sonda vurğulanıb ki, əgər bəşəriyyət doğrudan da Xocalı həqiqətlərindən nəticə çıxararsa, bu cür amansız qırğınların təkrarlanmasının qarşısını almaq mümkün olar.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://texas.statenews.net/newsr/278889421

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
6
xalqqazeti.az

7Источники