RU

Bu şəxslərdə 60 yaşa qədər xərçəng riski 90 faizə çatır ARAŞDIRMA

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İrsi TP53 gen mutasiyası olan şəxslərdə 60 yaşa qədər xərçəngə tutulma riski təxminən 90 faizə çatır.

Redaktor.az xəbər verir ki, bu barədə Avstraliyadakı Walter və Eliza Hall Tibbi Tədqiqatlar İnstitutunun tədqiqatçıları "The Conversation" nəşrinə açıqlamalarında bildiriblər.

Alimlərin sözlərinə görə, TP53 geni orqanizmi şiş xəstəliklərindən qorumaqda əsas rol oynayır. Normal halda bu gen zədələnmiş hüceyrələri aşkar edən və onlar anormal şəkildə bölünməyə başladıqda məhv edilməsini təmin edən zülalı kodlaşdırır. Lakin irsi mutasiya zamanı bu nəzarət mexanizmi pozulur. Nəticədə DNT-si zədələnmiş hüceyrələr səhvləri toplamağa davam edir və nəzarətsiz şəkildə çoxalır.

TP53 geninin irsi mutasiyası nadir genetik vəziyyət olan Li–Fraumeni sindromunun əsasını təşkil edir. Bu sindrom zamanı insanın həyatı boyu müxtəlif növ xərçəng xəstəliklərinə tutulma ehtimalı olduqca yüksək olur. Mütəxəssislərin qiymətləndirməsinə görə, belə şəxslərdə 60 yaşa qədər xərçəng riski təxminən 90 faizə çatır.

Tədqiqatçılar izah edirlər ki, xərçəng əksər hallarda DNT-də mutasiyaların toplanması nəticəsində inkişaf edir. Hüceyrələrdə genetik zədələri “təmir” edən xüsusi zülallar mövcuddur. Bu zülalları kodlaşdıran genlərdə də mutasiya baş verdikdə, DNT-nin bərpa sistemi effektiv işləyə bilmir.

Belə genlərə həmçinin BRCA1 və BRCA2 daxildir. Həmin genlərdəki mutasiyalar süd vəzi, yumurtalıq və prostat xərçəngi riskini artırır. Lakin mütəxəssislər vurğulayırlar ki, TP53 genindəki pozuntular onkoloji xəstəliklər üzrə ən yüksək məlum genetik risklərdən biri hesab olunur.

Alimlər qeyd edirlər ki, irsi genləri dəyişdirmək mümkün deyil. Bununla belə, əlavə risk faktorlarının azaldılması siqaret və alkoqoldan imtina, ultrabənövşəyi şüalardan qorunma, fiziki aktivlik və balanslı qidalanma profilaktikada mühüm rol oynaya bilər.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
62
1
redaktor.az

2Источники