RU

Kürşat Zorlu: Ən böyük gözləntimiz türk dilləri sahəsində daha çox elmi işlərin hazırlanmasıdır

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 2 mart, AZƏRTAC

Bizi irəli aparacaq ən vacib məqam dil birliyimizdir. Həm ünsiyyət dilimiz, həm də ortaq əlifba istiqamətində gördüyümüz işlərin uğurla davam etdirilməsi Türk dünyasının gələcəyi baxımından böyük əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu deyib. O, Birinci Türkoloji Qurultayın əhəmiyyətindən danışaraq bildirib: “Səbəblər fərqli olsa da, hədəf ortaq bir əlifba və latın qrafikasına keçmək idi. Türkiyə olaraq 1928-ci ildə Mustafa Kamal Atatürkün liderliyi ilə bu qərarı qəbul etdik. Amma ondan bir qədər əvvəl, əslində, Azərbaycan latın əlifbasına keçimişdi. Bizim ən böyük gözləntimiz türk dilləri sahəsində daha çox elmi işlərin hazırlanması, daha çox toplantıların keçirilməsi, müxtəlif səviyyələrdə geniş əməkdaşlığın qurulmasıdır. İnsanların bir araya gəlməsi, bu mövzuları müzakirə etməsi vacibdir. Çünki biz danışdıqca bir-birimizi daha yaxşı anlayacağıq. Bu gün Azərbaycan və Türkiyə xalqları bir-birini heç bir fərq qoymadan anlaya bilirlər. Bu, bizim ən böyük fərqliliyimiz, ən böyük gücümüzdür. İndi isə inanırıq və arzulayırıq ki, qarşıdakı əsr Türk dünyasının əsri olsun və bu birliyi davam etdirək.

Bizim əməkdaşlığımız və birliyimiz heç bir başqa birliyə və ya coğrafiyaya qarşı yönəlməyib. Biz inanırıq ki, Türk dünyasında əməkdaşlıq artdıqca bu birlik daha geniş coğrafiyalara müsbət təsir göstərəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
azertag.az

2Источники