RU

AFFA rəsmisi Emin Cəfərov UEFA-dan təyinat alıb

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.

Azreform.info milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA rəsmisi qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin Kosovo – Cəbəllütariq oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 2-ci qrupunun I turu çərçivəsində keçiriləcək görüş martın 3-də Priştinada yerləşən "Fadil Vokrri" stadionunda təşkil olunacaq.

Избранный
55
15
azreform.info

10Источники