RU

"Fənərbaxça"nın futbolçusu sıradan çıxdı

style='margin-bottom:10px;'>

"Fənərbaxça"nın müdafiəçisi Nelson Semedo sıradan çıxıb.

QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu Türkiyə Superliqasının 24-cü turu çərçivəsində "Antalyaspor"la səfər matçında (2:2) zədələnib və matçı tamamlaya bilməyib.

Təcrübəli müdafiəçinin müayinəsindən sonra sol diz daxili yan bağlarında qismən yırtıq aşkar edilib. Klubdan verilən rəsmi açıqlamada futbolçunun müalicəsinə dərhal başlanıldığı bildirilib. İlkin proqnozlara görə, Semedo ən azı 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun "Beşiktaş"la keçiriləcək derbi matçında sıraya dönəcəyi gözlənilir.

Qeyd edək ki, portuqaliyalı sağ cinah müdafiəçisi cari mövsümdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
26
teleqraf.com

1Источники