RU

SEPAH: Bəhreyn, BƏƏ və Küveytdəki ABŞ bazaları vuruldu

SEPAH: Bəhreyn, BƏƏ və Küveytdəki ABŞ bazaları vuruldu

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ hərbi dəniz donanmasını, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Minhad" bazasını və Küveytdəki Amerika bazasını raket və pilotsuz uçuş aparatları ilə vurduğunu elan edib.

AFN.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu "Sadiq Vədə 4" əməliyyatının 11-ci dalğası ilə bağlı bəyanat yayıb. Bəyanatda Küveyt, BƏƏ, Bəhreyn və Hörmüz boğazındakı ABŞ ordusuna məxsus sabit və hərəkətli hədəflərə 26 pilotsuz uçuş aparatı (PUA) və 5 ballistik raket atıldığı bildirilib.

Hücumlar çərçivəsində Küveytdəki ABŞ-ın "Arifjan" bazasının 12 PUA ilə vurulduğu qeyd edilib. BƏƏ-də yerləşən "Minhad" bazasındakı ABŞ hərbi komandanlıq və idarəetmə mərkəzinin 6 PUA və 5 ballistik raketlə hədəf alındığı, Bəhreyndəki ABŞ donanmasının indiyədək vurulmayan obyektlərinin isə 6 PUA tərəfindən məhv edildiyi vurğulanıb.

Digər tərəfdən, "Planet Labs" peyk görüntüləmə şirkətinin əldə etdiyi və "New York Times" tərəfindən təhlil edilən görüntülərdə İranın hücumlarına məruz qalan ABŞ donanmasının bölgədəki ən böyük bazası olan Bəhreyndəki 5-ci Donanma qərargahında bir çox binanın tamamilə dağıldığı görülüb.

Избранный
33
38
afn.az

10Источники