RU

Azərbaycanın sərhəd əraziləri də təsir altında qala bilər - Rəy

Yazını böyüt
Yazını kiçilt

“İran–ABŞ münaqişəsi diplomatik müstəvidə həll imkanlarının tamamilə tükəndiyi bir mərhələyə daxil olub və hər iki tərəf hərbi zərbələrini davam etdirir. Bu səbəbdən müharibənin müddəti günlərlə, hətta həftələrlə davam edə bilər.”

Bunu Hafta.az-a siyasi şərhçi Aydın Quliyev İran-ABŞ müharibəsi və Azərbaycanın perspektivləri müstəvisində açıqlamasında qeyd edib.

A.Quliyev bildirib ki, hazırkı şəraitdə müharibənin coğrafi genişlənmə ehtimalı böyükdür və xüsusilə Körfəz ölkələrini – Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər – əhatə edə bilər. Onun qənaətinə görə, İran bu ölkələrdəki Amerikanın hərbi bazalarını hədəf alsa da, mülki infrastruktura da təsir göstərməsi mümkündür.

“Körfəz ölkələrinin müstəqilliyi məhduddur və onların ABŞ və İsrail təsirindən asılı olması münaqişənin genişlənməsi riskini artırır. Eyni zamanda, İraqda və Pakistanda müsəlman əhalinin kütləvi etirazları göstərir ki, regionda sosial və siyasi gərginlik artmaqda davam edir”, – ekspert qeyd edib.

Həmçinin bildirib ki, Azərbaycan və Türkiyə münaqişənin birbaşa və dolayısı təsirlərindən xüsusilə təsirlənə biləcək ölkələr sırasındadır. Dəyişən İranın daxili vəziyyəti miqrant axınlarına səbəb ola bilər ki, ilk istiqamət Azərbaycan və Türkiyədir. Bununla yanaşı, sərhədlərdə nizamsızlıq, dini radikal qrupların və narkotik şəbəkələrinin fəaliyyəti də region üçün əlavə təhlükə mənbəyidir:

“Hərbi əməliyyatların genişlənməsi ilə bağlı risklər də realdır. Atılan raketlərin səhvən sərhəd bölgələrinə düşməsi mümkündür və beləliklə, Azərbaycanın sərhəd əraziləri də təsir altında qala bilər.”

A. Quliyev nəticə etibarilə regionda dərin xaos riskinin mövcud olduğunu qeyd edib:

“Azərbaycan tam təhlükəsiz deyil. Diplomatik və beynəlxalq səylər nə qədər effektiv olsa da, ölkəmiz qaçqın dalğaları və potensial hərbi təhdidlər baxımından diqqətli və hazırlıqlı olmalıdır.”

Tahirə Qafarlı

Избранный
40
hafta.az

1Источники