RU

Etibarlılıq həlledici amilə çevriləndə: Bakı yeni enerji arxitekturasının mərkəzində

Bakı. Trend:

Bu gün Bakı yenidən Avrasiya enerji gündəliyininformalaşdırıldığı əsas platformalardan birinə çevriləcək:Azərbaycan paytaxtında Cənub Qaz Dəhlizi Məşvərət Şurasıçərçivəsində 12-ci nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurasıçərçivəsində 4-cü nazirlər iclası keçiriləcək. Bu tədbirlərin eynivaxtda təşkil olunması ölkənin rolunun strateji transformasiyasını- ənənəvi karbohidrogen ixracatçısından həm təbii qaz, həm də“təmiz” elektrik enerjisi ilə bazarı paralel şəkildə təmin edəbilən kompleks panavropa enerji təchizatçısına keçidi əksetdirir.

Bakıda keçirilən görüşlərin aktuallığı bu gün sürətlə dəyişəngeosiyasi konfiqurasiya fonunda daha da artır. 2022-ci ildəUkraynada başlayan müharibə Avropanın enerji arxitekturası üçündönüş nöqtəsi oldu və Avropa İttifaqını təchizat mənbələrinisürətləndirilmiş şəkildə şaxələndirməyə məcbur etdi. Bununlayanaşı, Yaxın Şərqdə hazırkı eskalasiyalar qlobal enerjimarşrutlarının həssaslığını bir daha nümayiş etdirdi. Neft vəmayeləşdirilmiş təbii qaz tədarükləri üçün zəruri əhəmiyyət daşıyanHörmüz boğazı vasitəsilə mümkün fasilə riskləri təchizatçılarınetibarlılığı və logistikanın dayanıqlığı məsələsini yenidən gündəməgətirdi. Belə şəraitdə proqnozlaşdırıla bilən və uzunmüddətlitədarüklərə zəmanət verə bilən tərəfdaşların əhəmiyyəti obyektivolaraq artır və bazarda belə oyunçuların sayı çox deyil.

Məhz buna görə Bakıda keçiriləcək iclaslar sadəcə illik sahəvidialoq kimi deyil, enerji prioritetlərinin yenidənqiymətləndirilməsi üçün vaxtında yaradılmış platforma kimi qəbulolunur. Tərəflər Cənub Qaz Dəhlizinin genişləndirilməsininsürətləndirilməsini müzakirə edə, uzunmüddətli müqavilələrin rolunadair daha aydın yanaşma nümayiş etdirə, həmçinin mövcud şəraitdəgetdikcə daha çox praqmatik qiymətləndirməyə məruz qalan fosilyanacaq layihələrinin maliyyələşdirilməsinin məhdudlaşdırılmasınadair birtərəfli yanaşmaları yenidən nəzərdən keçirə bilərlər.

Azərbaycan Prezidenti İlham Əliyev artıq 2025-ci ilin aprelindəkeçirilmiş əvvəlki Məşvərət Şurası iclasında faktiki olaraq carimərhələnin fəlsəfəsini müəyyənləşdirmişdi. Dövlət başçısıvurğulamışdı:

“Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerjitəhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmazhissəsidir. Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənayetəhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişafetdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları,gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neftməhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısıvə ixracatçısıdır”,- deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, mövcud qlobal qeyri-sabitlikfonunda bu qiymətləndirmə xüsusilə aktual səslənir.

Diqqətçəkən məqam ondan ibarətdir ki, oxşar siqnallar Brüsseldəndə gəlir. Energetika və mənzil məsələləri üzrə Avropa Komissarı DanYorgensen Bakıda keçiriləcək görüşlər ərəfəsində Trend-ə verdiyi özəlmüsahibədə bildirib:

“Bakıda verəcəyim əsas mesaj tərəfdaşlığın davam etdirilməsi vəümumi strateji maraqların mövcudluğu olacaq. Avropa İttifaqı (Aİ)Azərbaycanın sabit və etibarlı tərəfdaşı olaraq qalır və biz enerjisahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bu çətin dövrdəAzərbaycan Avropaya tədarüklərin şaxələndirilməsində və Rusiyaqazından asılılığın azaldılmasında mühüm rol oynayıb. Aİ-də artıqRusiya qazının idxalına tam qadağa tətbiq olunduğunu nəzərə alsaq,bu töhfənin əhəmiyyəti yalnız artacaq”,- deyə o bildirib.

Yorgensen diqqətəlayiq dinamikanı da qeyd edib:

Avrokomissar qeyd edib ki, Ukraynada müharibənin başlanmasındansonra Xəzər qazı Avropanın Rusiya tədarüklərindən asılılığınınkəskin azalmasında mühüm rol oynayıb — Avropanın qaz təchizatıstrukturunda bu göstərici 45 faizdən cari ildə təxminən 10 faizəenib.

“Bu, sadəcə statistika deyil - bu, Avropanın enerjitəhlükəsizliyi üçün strateji uğurdur. Bununla belə, vurğulamaqistəyirəm ki, tərəfdaşlığımız yalnız qazla məhdudlaşmır. Söhbət həmdə “yaşıl keçid"in dəstəklənməsindən gedir, çünki həm Avropaİttifaqı, həm də Azərbaycan elektrikləşməni sürətləndirir,infrastrukturu müasirləşdirir və Paris Sazişinə sadiqliyiniqoruyur. Bu, iqtisadiyyatlarımız və enerji gələcəyimiz üçünqarşılıqlı fayda yaradır”,- deyə Yorgensen qeyd edib.

Bu bəyanatların faktiki əsasları artıq formalaşıb. 2026-cı ilinyanvarından etibarən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyaüzərindən Avstriya və Almaniyaya Azərbaycan təbii qazınıntədarükünə başlayıb ki, bu da Avropa qaz bazarının inkişafında yenimərhələ hesab olunur. 2025-ci ildə ölkədə qaz hasilatı 51,5 milyardkubmetrə çatıb. Bunun 27,9 milyard kubmetri “Şahdəniz”, 14,1milyard kubmetri “Azəri-Çıraq-Günəşli” bloku, 1,6 milyard kubmetri“Abşeron” yatağı, əlavə 7,9 milyard kubmetri isə SOCAR tərəfindəntəmin edilib. Ümumi ixrac 25,2 milyard kubmetr təşkil edib ki,bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetriTürkiyəyə (o cümlədən 5,6 milyard kubmetr TANAP vasitəsilə), 2,3milyard kubmetri Gürcüstana və 0,5 milyard kubmetri Suriyayayönəldilib.

Avropaya yönəlmiş Cənub Qaz Dəhlizinin seqmenti — TAP — bugünədək Avropa İttifaqı ölkələrinə 56 milyard kubmetr qaz tədarükedərək enerji mənbələrinin şaxələndirilməsini əhəmiyyətli dərəcədəgücləndirib. Bundan əlavə, cari ilin yanvar ayında TAP layihəsininillik ötürücülük gücü 1,2 milyard kubmetr artırılaraq ilkgenişləndirilməsi həyata keçirilib ki, bu da artıq 2026-cı ildənetibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin edəcək.

İqtisadi təsir də olduqca əhəmiyyətlidir: Yorgensenin sözlərinəgörə, TAP vasitəsilə kommersiya qaz tədarüklərinin başlanmasındanetibarən 2024-cü ilədək İtaliya, Yunanıstan və Bolqarıstana qazixracı Azərbaycana təxminən 24 milyard avro gəlir gətirib.

Lakin hazırkı mərhələnin strateji xüsusiyyəti ondan ibarətdirki, Azərbaycan paralel şəkildə “yaşıl transformasiya"nısürətləndirərək enerji sinerjisi modelini formalaşdırır. Beynəlxalqinvestorların iştirakı ilə artıq iki iri bərpa olunan enerjilayihəsi həyata keçirilib.

2026-cı il yanvarın 8-də rəsmi açılışı keçirilmiş və “ACWAPower” şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə“Xızı–Abşeron” külək elektrik stansiyası ildə təxminən 1 milyardkVt/saat elektrik enerjisi istehsal edəcək, bununla da 220 milyonkubmetrədək qaz qənaəti təmin olunacaq və 400 min tondan artıq CO₂emissiyasının qarşısı alınacaq.

Masdar şirkəti ilə birgə reallaşdırılan və 2023-cü ilinoktyabrında istismara verilmiş 230 MVt gücündə “Qaradağ” günəşelektrik stansiyası isə hər il təxminən 500 milyon kVt/saatelektrik enerjisi istehsal edir ki, bu da 110 milyon kubmetr qazqənaətinə və karbon emissiyalarının 200 min ton azalmasınabərabərdir.

Prezident İlham Əliyev Davosda çıxışı zamanı iddialı hədəfləriaçıqlayıb:

“Yaxın altı il ərzində günəş və külək enerjisi üzrə istehsalgüclərimizi əhəmiyyətli dərəcədə artıracağıq… 2032-ci ilə qədərölkədə səkkiz giqavat günəş və külək enerjisinin istehsalolunacağını gözləyirik”.

Sahə üzrə proqnozlara əsasən, bərpa olunan enerji mənbələrininelektrik enerjisi istehsalındakı payı 2027-ci ildə 25 faizə,2030-cu ildə isə 30 faizə çatacaq.

Uzunmüddətli strategiyanın əsas elementlərindən biritransregional “yaşıl” enerji dəhlizlərinin formalaşdırılmasıdır.energetika nazirinin müavini Elnur Soltanov Trend-ə bildirib:

“Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrətexniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın“CESİ” şirkəti məsləhətçi şirkət seçilmişdir. Bu məsləhətçi seçimiilə ilkin araşdırmaların 11 aylıq müddətdə aparılmasıplanlaşdırılır, yəni texniki-iqtisadi əsaslandırma 2027-ci ilinəvvəllərində yekunlaşa bilər”.

Onun sözlərinə görə, məsləhətçi şirkətinin seçimi bu mərhələdəlayihənin keyfiyyətli və vaxtında tamamlanması üçün vacibdir, çünkiəsaslandırma olmadan investisiya və tikinti mərhələsinə keçməkmümkün deyil. Bu, layihənin ümumi zaman qrafikinə birbaşa təsirgöstərəcək.

Nazir müavini bildirib ki, layihə çərçivəsində Azərbaycan,Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi vəAvropaya “yaşıl enerji” marşrutunun yaradılması nəzərdə tutulur.Paralel olaraq Xəzər — Qara dəniz — Avropa enerji dəhlizi dəirəlilədilir və artıq Azərbaycan, Gürcüstan, Rumıniya vəMacarıstanın ötürücü sistem operatorlarının birgə müəssisəsiyaradılıb. Layihənin texniki-iqtisadi əsaslandırmasının cari ilinbirinci rübündə tamamlanması gözlənilir, mərhələli icra isə 2040-cıilə qədər nəzərdə tutulubBununla yanaşı, Xəzər dənizində ofşorkülək energetikasının texniki potensialı təsirli 157 GVt həcmindəqiymətləndirilir.

Beləliklə, Bakıda keçiriləcək qarşıdakı iclaslar Avropanınenerji təhlükəsizliyi ilə dekarbonizasiya arasında balansı faktikiolaraq yenidən formalaşdırdığı bir dövrə təsadüf edir. Son illərinreallığı göstərdi ki, dayanıqlı alternativlər yaradılmadan etibarlıenerji mənbələrindən sürətli imtina ciddi iqtisadi və sənayeriskləri yarada bilər.

Yeni enerji konfiqurasiyasında Azərbaycan unikal mövqedə çıxışedir - orta müddətli perspektivdə sabitlik üçün zəruri əhəmiyyətdaşıyan qaz təchizatçısı, eyni zamanda isə uzunmüddətli dövrdəformalaşmaqda olan “yaşıl enerji" ixracatçısı kimi.

Ukraynadakı müharibə, Yaxın Şərqdə qeyri-sabitlik və ənənəvitədarük marşrutları üçün artan risklər fonunda etibarlıtərəfdaşların əhəmiyyəti obyektiv şəkildə artır. Martın 3-də Bakıdakeçirilən görüşlər mahiyyət etibarilə Avrasiyanın yeni enerjiarxitekturasının formalaşdığı əsas məqamlardan birinə çevrilə bilərvə bu prosesdə Azərbaycan mühüm, sistem əhəmiyyətli vəproqnozlaşdırıla bilən ümumavropa enerji təchizatçısı statusunudaha da möhkəmləndirir.

Избранный
8
1
az.trend.az

2Источники