RU

Yeni sahibləri evdə əvvəllər qeydiyyatda olanları məhkəməsiz çıxara bilsin – Ombudsman

Yeni sahibləri üçün evdə əvvəllər qeydiyyatda olanları məhkəməsiz çıxarmaq mexanizmi yaradılması təklif edilir.

Heftelik.az xəbər verir ki, bu, ombudsman Səbinə Əliyevanın bu gün parlamentə təqdim etdiyi Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”ndə əksini tapıb.

Məruzədə qeyd edilib ki, yaşayış yerinin yeni mülkiyyətçisi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin qeydiyyatdan çıxarılmasının məhkəmədənkənar sadələşdirilmiş

mexanizminin işlənib hazırlanması, bununla əlaqədar “Yaşayış yeri və olduğu yer üzrə

qeydiyyat haqqında” qanuna zəruri dəyişikliklərin edilməsi məhkəmələrinin iş yükünün azaldılması və mülkiyyətçinin hüquqlarının daha səmərəli təmin edilməsi baxımından olduqca vacibdir.

Избранный
18
heftelik.az

1Источники