RU

Sabah 11 dərəcə isti olacaq

Bakı.Trend:

Martın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkənbuludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumataəsasən, səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağıehtimalı var.

Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərbküləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq.Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununayüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % təşkiledəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdəarabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecəvə səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdəarabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlardagecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Məqalədə:
Избранный
85
9
az.trend.az

10Источники