Paytaxtın Yeni Yasamal qəsəbəsində təhlükəli yol hərəkəti qaydası pozuntusu ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Şikayətçi bildirib ki, qarşı-qarşıya gəlmə anında son anda avtomobilini sağa çəkərək mümkün qəzanın qarşısını ala bilib.
Onun sözlərinə görə, hadisə zamanı avtomobildə ailə üzvləri, o cümlədən əlil övladı da olub:
“Son anda maşını sağa çəkdim. Əks halda ağır qəza qaçılmaz idi. Hələ utanmadan avtomobili üstümə sürürdü,” – deyə vətəndaş bildirib.
Qeyd edək ki, yaşayış massivlərində və dar küçələrdə əks istiqamətə çıxmaq təkcə sürücünün öz həyatını deyil, digər hərəkət iştirakçılarının da təhlükəsizliyini ciddi risk altına qoyur.