RU

Professor: Uşaqların rəqəmsal mühitdə qorunmasına dair Sərəncam sistemli yanaşmanı nəzərdə tutur

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamı rəqəmsal transformasiya şəraitində uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş dövlət siyasətinin tərkib hissəsidir. Sərəncam Konstitusiyanın müvafiq müddəalarına əsaslanaraq dövlətin uşaqların təhlükəsizliyini təmin etmək öhdəliyini hüquqi çərçivəyə salır və sistemli mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur. Bu sənəd yalnız məhdudlaşdırıcı xarakter daşımır, həm də tənzimləyici və inkişafetdirici funksiyanı yerinə yetirir. Məqsəd sosial şəbəkələrdən istifadəni qadağan etmək deyil, onların istifadəsini hüquqi, texnoloji və pedaqoji mexanizmlərlə təhlükəsiz müstəviyə gətirməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov bildirib. O qeyd edib ki, rəqəmsal texnologiyaların genişlənməsi nəticəsində uşaqlar erkən yaşlardan internet mühitinə daxil olublar. Eyni zamanda, informasiya axını nəzarətsiz şəkildə artıb, uşaqların yaşlarına uyğun gəlməyən məzmunla tanış olma riskləri yüksəlib, kibertəhlükəsizlik problemləri genişlənib, kiberzorakılıq və manipulyativ təsirlər artıb, şəxsi məlumatlardan qeyri-qanuni məqsədlərlə istifadə halları genişlənib. Ölkədə baş verən bu proseslərin nəticəsi olaraq uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı hüquqi standartların yaradılması zərurəti yaranıb. Çünki uşaqların rəqəmsal təhlükəsizliyi yalnız ailənin deyil, həm də dövlətin və ictimai təşkilatların birgə məsuliyyət daşıdığı sahədir.

Sərəncam sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi ilə sosial platformaların məsuliyyətini artırır, yaş yoxlama mexanizmlərinin yaradılmasını nəzərdə tutur və uşaqların təhlükəsiz rəqəmsal mühitdə iştirakını tənzimləyir. Məqsəd nəzarətsiz qeydiyyatın qarşısını almaq və yaşa uyğun filtrasiya sistemi formalaşdırmaqdır.

“Beynəlxalq konvensiyalara və qabaqcıl ölkələrin rəqəmsal təhlükəsizlik modellərinə uyğunlaşdırılan Sərəncamın müvafiq müddəaları milli qanunvericilik sisteminin təkmilləşdirilməsinə xidmət edir. Bu, həm də sosial şəbəkə operatorlarının məsuliyyətinin artırılmasını tələb edir. Məktəb və təhsil müəssisələrində mobil və elektron cihazların istifadəsinin tənzimlənməsi tədris prosesində diqqətin yayılmasının qarşısını almağa, şagirdlərin texnologiyadan məqsədli və məsuliyyətli istifadəsini təmin etməyə, akademik mühitdə rəqəmsal vasitələrin balanslı tətbiqinə xidmət edir. Bu yanaşma qadağa deyil, əksinə, idarə olunan və pedaqoji əsaslara söykənən tətbiq modelidir”, - deyə professor bildirib.

Xatirə Cəfərova - müxbir

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
110
2
azertag.az

3Источники