Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Musavat.com bildirir ki, təklif olunan layihədə ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi qaydalarında dəyişiklik edilir. Qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı ilə yol veriləcək.
“Media haqqında” Qanunda dəyişikliyə əsasən, media subyekti və jurnalist tərəfindən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı olmadan yayılmasına yol verilməyəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq son oxunuşda qəbul edilib.
E.Paşasoy,
Musavat.com