RU

“Red Bull” Kloppu vəzifəsindən azad edə bilər

"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp "Red Bull"da futbol rəhbəri vəzifəsindən ayrıla bilər.

90deqiqe.Az-ın "L'Équipe"yə istinadən məlumatına görə, sistem rəhbərliyi alman menecerin fəaliyyətindən narazıdır. O, bəzi qərarlarına görə tənqid olunur.

Bildirilir ki, cari mövsümün sonunda Kloppun yerinə hazırda "Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner keçə bilər.

Xatırladaq ki, Klopp 2024-cü ilin yayında “Liverpul”dan ayrılıb və 2025-ci ilin yanvarından etibarən “Red Bull” sistemində fəaliyyət göstərir.

Qeyd edək ki, daha əvvəl 58 yaşlı məşqçiyə “Real Madrid” klubu da maraq göstərmişdi.

Избранный
20
90deqiqe.az

1Источники